Qan qrupu

İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur.

İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər. Lakin bu proses uğursuzluqla nəticlənmişdir. Sonrakı illərdə insanlara insan qanı köçürməyə başlamışlar. Çox vaxt bu da istənilən nəticəni verməmişdir. Qan qrupu "-" olan şəxs "+" qan qrupu şəxsə qan verə bilər. Amma qan qrupu "+" olan şəxs, qan qrupu "-" olan şəxsə bir dəfə qan verə bilər.

K. Landşteyner 1900-cü ildə I, II, III qan qruplarını, 1940-cı ildə qanda rezus-amil aşkar etmişdir. Qan qruplarını aşkar etdiyinə görə Nobel mükafatı alıb.

Yanski 1907-ci ildə IV qan qrupunu kəşf etmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search